Qubadlı Rayon Məhkəməsi

Qubadlı Rayon Məhkəməsi

Ümumi məlumat

Təsvir

Qubadlı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qubadlı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

 

 

Rayon haqqında qısa məlumat

Qubadlı adı XVI əsrin sonunda Azərbaycana köçmüş Səlcuq türklərinə mənsub Qubad nəslinin adından götürülmüşdür. Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuş və Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 802 km-dir. İşğal ərəfəsində əhalinin sayı 30323 nəfər olmuşdur.

Hazırda Qubadlı rayonunun əhalisi 01 iyul 2011-ci il tarixinə 34120 nəfərdir. Rayonda 1 şəhər və 93 kənd var. Qubadlı Rayon Məhkəməsinin əvvəlki adı Qubadlı Rayon Xalq Məhkəməsi olmuş və rayonun inzibati mərkəzi olan Qubadlı şəhərində yerləşmişdir. Hazırda Qubadlı rayon məhkəməsi Sumqayıt şəhərində yerləşir.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan orddusu tərəfindən işğal olunmuşdur.

25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Əlaqə məlumatları

Telefon:

E-mail:

qubadli@courts.gov.az

Ünvan:

Sumqayıt Məhkəmə Kompleksi, AZ-5000 Sumqayıt şəhəri, Sülh küçəsi 70

Sosial şəbəkələrdə paylaş: