Cəlilabad Hərbi Məhkəməsi

Cəlilabad Hərbi Məhkəməsi

Ümumi məlumat

Təsvir

Cəlilabad Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

 

Məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən 01 yanvar 2011-ci ildən Cəlilabad Hərbi Məhkəməsi yaradılmışdır.

Həmin fərmana əsasən Cəlilabad Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Astara rayonu;
2. Biləsuvar rayonu;
3. Cəlilabad rayonu;
4. Hacıqabul rayonu;
5. İmişli rayonu;
6. Kürdəmir rayonu;
7. Lerik rayonu;
8. Lənkəran rayonu;
9. Masallı rayonu;
10. Neftçala rayonu;
11. Saatlı rayonu;
12. Sabirabad rayonu;
13. Salyan rayonu;
14. Şirvan şəhəri;
15. Yardımlı rayonu.

Əlaqə məlumatları

Telefon:

E-mail:

celilabadherbi@courts.gov.az

Ünvan:

Cəlilabad şəhəri, H.Əliyev prospekti 286

Sosial şəbəkələrdə paylaş: