
Təsvir
Cəbrayıl Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Cəbrayıl rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon haqqında qısa məlumat
Çar Rusiyasının tərkibində olarkən 1897-ci ildə Cəbrayıl qəzası yaradılmışdır. Qəza indiki Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Qubadlı rayonunun Xanlıq kəndindən Araza və oradan Zəngilan rayonunun Bartas kəndinə qədər əraziləri əhatə etmişdir. Sonradan qəza bölgüsü ləğv edilərək Cəbrayıl rayonu 08 avqust 1930-cu ildə təşkil edilmiş və həmin ildə də Cəbrayıl Rayon Xalq Məhkəməsi (indiki Cəbrayıl Rayon Məhkəməsi) yaradılmışdır. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon Araz çayının sol sahili, cənubdan İranla, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
Hazırda Cəbrayıl Rayon Məhkəməsi Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 1 saylı qəsəbədə fəaliyyət göstərir.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
4 oktyabr 2020–ci ildə Cəbrayıl şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 90 kəndi Ermənistan işğalından azad olunmuşdur. Cəbrayıl rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur
Telefon:
E-mail:
cebrayil@courts.gov.azÜnvan:
Biləsuvar rayonu, 1 saylı qəsəbə